“Futbolçular çox istəklidirlər”

single-news
22 İyl 2026

“Futbolçular çox istəklidirlər”



UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” - CSKA (Sofiya, Bolqarıstan) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Yaxşı komandaya qarşı oynayacağıq. Fərqli rəqibdir. Hər oyunda fərqli sistemlə oynayırlar. Bu baxımdan çox diqqətli və məsuliyyətli olmalıyıq. Komanda daxilində müsbət mənada çox dəyişiklik var. Futbolçular çox istəklidirlər və bir-birlərini əvvəlkindən daha yaxşı anlayırlar. Ümid edirik ki, bu dəfə də istədiyimiz oyunu meydanda göstərə biləcəyik. Oyundan-oyuna daha yaxşı olacağımıza inanıram.”.

 

Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – CSKA oyunu saat 20:00-da başlayacaq.

Paylaş

// pop up