“Futbolçularım böyük xarakter göstərdilər”

single-news
31 İyl 2026

“Futbolçularım böyük xarakter göstərdilər”



UEFA Avropa Liqasının II təsnifat mərhələsinin CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunundan (0:0, penaltilərlə 5:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Yaxşı oyun oldu. Güclü komandaya qarşı çıxış etdik. Eyni səviyyədə olan iki kollektiv üz-üzə gəldi. Nəticə də bunu göstərdi. Futbolçularım böyük xarakter göstərdilər. Onların oyuna yanaşmalarından çox razı qaldım. Artıq qarşıdakı matça hazırlaşacağıq. Əlbəttə ki, 120 dəqiqəlik mübarizə bir az yorucu oldu. Ancaq azarkeşlər üçün maraqlı mübarizə alındı, onlar oyundan həzz aldılar”.

Paylaş

// pop up