“Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”
29 Yan 2026
“Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”
Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində keçirilən “Liverpul” (İngiltərə) - “Qarabağ” matçının (6:0) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. Buna baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıq. Futbolçularımı, xalqımızı təbrik edirəm. Liqa mərhələsində keçdiyimiz 8 oyunluq yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-offa yüksəlməyə layiq idilər. Getdikcə oyunlar çətinləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük matçlar gözləyir. Növbəti oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.
