“Futbolçularımdan razı qaldım”

single-news
30 Apr 2026

“Futbolçularımdan razı qaldım”



Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan “Neftçi” - “Qarabağ” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:

 

“Futbolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər. Məğlub durumda olsaq da, daim rəqibin üzərinə getdilər. Yaxşı futbol ab-havası var idi. Dörd gündən sonra növbəti oyunumuz olacaq. Bu il futbolçularımız üçün çox yaxşı təcrübə oldu. Çox yoruldular, ağır mövsüm keçirdilər. İstənilən nəticəyə baxmayaraq, futbolçularıma təşəkkür edirəm”.

Paylaş

// pop up