“Futbolçularımın oyuna yanaşmalarından razı qaldım”

single-news
11 May 2025

“Futbolçularımın oyuna yanaşmalarından razı qaldım”



Misli Premyer Liqasının XXXIV turunun “Qarabağ” - “Araz-Naxçıvan” (2:0) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Bu gün hamısı qalib gəlmək istəyirdi və 90 dəqiqə özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Ümumilikdə futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Bəzi texniki səhvlərin olması normaldır. Ancaq əvvəldən sona qədər qalib gəlmək üçün xeyli güc sərf etdilər. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə də təşəkkür edirəm”.

Paylaş

// pop up