Giray Bulak gəlir?! (FUTBOL+, 30.06.2005)

single-news
30 İyn 2005

Giray Bulak gəlir?! (FUTBOL+, 30.06.2005)



"Qarabağ" rəsmilərinin Türkiyə səfəri davam edir. Klub bossları həlli gözlənilən baş məşqçi probleminə çarə axtarışındadı. Məsələ ilə bağlı indi də ölkə mediasında başqa xəbər yayılır. Belə ki, Türkiyə superliqası təmsilçisi "Dənizlispor"u çalışdıran Giray Bulakın Ağdam klubuna baş məşqçi gətiriləcəyi söylənilir. Qeyd edək ki, Bulakın "Qarabağ" perspektivindən söhbət açmağa dəyməz. Türkiyədə fəaliyyətini davam etdirən məşqçinin Dənizli təmsilçisiylə hələ üçillik müqaviləsi var. Eyni zamanda mütəxəssis "Dənizlispor"dakı işiylə bağlı yaxında klubun rəsmi saytında qarşıdakı mövsüm üçün planlarını açıqlayıb. Bu isə yayılan xəbərlərin həqiqətə uyğun olmadığına işarədi.

Paylaş