Hamının gedəni gəldi, "Qarabağ"ın baş məşqçisi gəlmədi (FUTBOL+, 28.06.2005)

single-news
28 İyn 2005

Hamının gedəni gəldi, "Qarabağ"ın baş məşqçisi gəlmədi (FUTBOL+, 28.06.2005)



"Qarabağ"da texniki heyətin diroktoru vəzifəsinə təyin olunan Sərpil Həmdi Tüzün artıq vətənindən qayıdıb. Komandada boş qalan baş məşqçi postunun yeni sahibi isə hələki bəlli deyil. "Sükançı"nın Türkiyədən olacağı qətiləşsə də, təyinat nədənsə yubanır. Yuxarıda Tüzünün qayıdışını boş yerə qeyd etmədim. Yeni baş məşqçinin məhz Sərpil bəylə birgə gələcəyi söylənilirdi. Amma gümanlar doğrulmadı və naməlum mütəxəssisin kimliyi hələdə sirlidi. İndi isə klubun vitse-prezidenti Tahir Gözəllə baş direktor Əmrah Çəlikəl Türkiyəyə yollanıb. Elə baş məşqçinin adını da ən azı sözügedən rəsmilərin dönüşündən sonra öyrənə biləcəyik.

Paylaş