"Hər iki komanda 1 xala layiq idi"
"Hər iki komanda 1 xala layiq idi"
Misli Premyer Liqasının XIV turunun “Zirə” – “Qarabağ” (1:1) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
"Hər iki komandanın həm futbolçularına, həm də azarkeşlərinə təşəkkür edirəm. Yaxşı komandaya qarşı çıxış etdik. Gərgin mübarizə getdi, futbolçular çox güc sərf etdilər. Həftəiçi komandalar kubok matçı keçirmişdilər. Bu səbəbdən qarşılaşmanın sonlarında dinamikanın yüksək olmaması başadüşüləndir. İstənilən halda hər iki komanda ən azı 1 xala layiq idi".
Baş məşqçimiz Çempionlar Liqasının Liqa mərhələsinin VI turunun “Ayaks”la oyunu barədə də fikirlərini bildirib: "Ayaks"ın oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etmişdilər. Bu gün də oyunları var, ona da baxacağıq. Bundan əlavə daha iki görüşümüz olacaq. "Ayaks"la evdə oynayacağıq, maksimum nəticə qazanmaq üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bu haqda düşünür. Yaxşı intizamlı oyunla lazımi nəticəni qazanmağa çalışacağıq".
