“Hər oyunda qələbə qazanmağa çalışırıq”

single-news
6 Apr 2026

“Hər oyunda qələbə qazanmağa çalışırıq”



Misli Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan “Qarabağ” - “Karvan-Yevlax” oyunundan (7:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:

 

“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət əldə etdik. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Hər matçda qələbə qazanmaqla yanaşı, oyun planımızı yaxşılaşdırmaq da bizim üçün vacibdir. Bütün matçlara çox ciddi hazırlaşırıq. Komandada xatakter olmasa, nəticələr qazanmazdıq. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi hər görüşdə qələbə qazanmağa çalışırıq”.

Paylaş

// pop up