İdman mediasının nəzərinə

single-news
2 İyl 2026

İdman mediasının nəzərinə



İdman jurnalistləri arasında keçiriləcək futbol turnirinin oyunları iyulun 20-21-də baş tutacaq.

 

Turnirdə yalnız Peşəkar Futbol Liqasının (PFL) 2025/2026-cı il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edə bilərlər.

 

Hər komandanın heyəti minimum 10, maksimum 12 oyunçudan ibarət olmalıdır.

 

Komandasını formalaşdıran kapitanlar iştirak ərizəsini 12 iyul saat 18:00-dək [press@qarabagh.com] elektron poçt ünvanına göndərməlidirlər.

 

Göndərilən müraciətdə aşağıdakı məlumatların qeyd olunması mütləqdir:

* Komandanın adı;
* Komanda kapitanının adı, soyadı və əlaqə nömrəsi;
* Heyətdə yer alan bütün oyunçuların ad və soyadları;
* Hər bir iştirakçının PFL 2025/2026 mövsümü üzrə akkreditasiya surəti.

 

Qeyd olunan müddətdən sonra göndərilən müraciətlər qəbul edilməyəcək. Təqdim olunan məlumatların düzgünlüyünə komanda kapitanı məsuliyyət daşıyır. Təşkilatçılar zərurət yarandığı halda iştirakçıların akkreditasiyalarını yoxlamaq və təsdiqedici əlavə məlumat tələb etmək hüququnu özündə saxlayır.

 

Turnirin bütün oyunları Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançasında keçiriləcək.

 

Yarışın formatı qeydiyyatdan keçən komandaların sayı dəqiqləşdikdən sonra müəyyən olunacaq. Turnirlə bağlı əlavə məlumat iştirakçılara daha sonra təqdim ediləcək.

Paylaş

// pop up