İLK YARIMFİNALÇILAR : MİLAN VƏ ÇELSİ

single-news
12 Apr 2005

İLK YARIMFİNALÇILAR : MİLAN VƏ ÇELSİ



Çempionlar Liqasının 1/4 final cavab oyunları keçirildi. Almaniyada "Bavariya" "Çelsi"nı qəbul etdi. Oyunun 30-cu dəqiqəsində F.Lempart ilk oyunda vurulan ilk qolun analoqunu təkrarladı. İlk hissənin bu hesabla bitməsi Çelsinin kinci hissədə müdafiə futbolu oynayacağı və hesabı qoruyacağı təəssüratı yaradırdı. Lakin 65-ci dəqiqədə Pizarronun bərabərlik qolundan sonra, Çelsi yenidən irəli atıldı. Bu da öz bəhrəsini verdi. Matçın 80-ci dəqiqəsində D.Droqba ikinci topu Kanın qoruduğu qapıdan keçirdi. Son dəqiqələrdə Guerrero və Shollun vurduğu iki top da bavariyaya yarımfinala çıxmağa kömək etmədi. 3:2. Digər oyunda "Milan" "İnter"i 30-cu dəqiqədə A.Şevçenkonun vurduğu topla ikinci matçda da məğlub etdi.

Paylaş