İsmayıl İbrahimli: “Hər qarşılaşmaya ciddi yanaşırıq”

single-news
12 Apr 2021

İsmayıl İbrahimli: “Hər qarşılaşmaya ciddi yanaşırıq”



Komandamızın yarımmüdafiəçisi İsmayıl İbrahimli Premyer Liqanın 22-ci turunda “Sumqayıt”la oyundan sonra (4:1) klubumuzun saytına açıqlama verib. İsmayıl İbrahimli qələbə barədə danışıb və növbəti turda “Səbail”ə qarşı keçirəcəyimiz oyun barədə fikirlərini bölüşüb:

 

“Matça çox ciddi hazırlaşmışdıq. “Sumqayıt”la oyunlarımız həmişə maraqlı və gərgin keçir. Vacib qələbə qazandıq və aktivimizə mühüm 3 xal yazdırdıq. İndi “Səbail”lə qarşılaşmaya köklənməliyik. Bizi səfərdə çətin görüş gözləyir. Ümid edirəm ki, bu oyun da komandamız üçün yaxşı alınacaq. Marafonun son dövrəsindəyik və çox yaxşı anlayırıq ki, səhv etmək olmaz. Hər qarşılaşmaya ciddi yanaşırıq”.

 

“Qarabağ” Premyer Liqanın 22-ci turunda “Səbail”in qonağı olacaq. Aprelin 16-da “ASCO Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

Paylaş