İSPANİYA ÇEMPİONATI: "BARSELONA" ÇEMPİONDUR ! ! !

single-news
16 May 2005

İSPANİYA ÇEMPİONATI: "BARSELONA" ÇEMPİONDUR ! ! !



"Barselona" 17-ci dəfə İspaniya çempionu tituluna sahib çıxdı. "Real"ın "Sevilya" ilə heç-heçə oynaması, "Barsa"nın isə "Levante"nın qapısına Samuel Eto ilə vurduğu bərabərlik topu bu hadisəni reallaşdırdı. Sona iki tur qalmış "Barselona" əsas rəqibi "Real"ı altı xal üstələyir. Ən pis halda əgər "Barselona" son iki turda məğlub olub, əvəzində "Real" hər iki matçı qələbə ilə başa vursa da, bu klubların aralarındakı oyunlar nisbətinə (3:0, 2:4) görə "Barselona" yenə də çempion olacaq. "Barselona"nın baş məşqçisi Raykard açıqlamasında klubunun çempionluğa layiq olduğunu bildirir: "Barselona" dahi komandadır.Bu komandaya çempionat boyu azarkeşlik edən fanatlarına da öz təşəkkürümü bildirirəm.Onlar buna layiq idilər."

Paylaş