İspaniya rekordlarla qazandı

single-news
2 İyl 2012

İspaniya rekordlarla qazandı



Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatının final oyunu baş tutub.

Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək qarşılaşmada İspaniya və İtaliya yığmaları çempion adı uğrunda mübarizə aparıblar.

Oyuna yaxşı başlayan İspaniya millisi matçın 14-cü dəqiqəsində hesabı açıblar. Fasiləyə qədər daha bir dəfə fərqlənən son Avropa çempionları ikinci hissədə də rəqibinə heç bir şans verməyib.

Nəticədə İtaliyanı 4:0 hesabı ilə məğlub edən İspaniya titulunu qorumağl bacarıb. 2008-ci ildə Almaniya məğlub edən (1:0) İspaniya bu dəfə İtaliyanı qızıl medallara həsrət qoyub.

Final

`Avro-2012`nin final matçı

23:45. İSPANİYA – İtaliya - 4:0
Qollar: Silva, 14 (1:0), X.Alba, 41 (2:0), Torres, 84 (3:0), Mata, 88 (4:0)
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Kiyev. `Olimpiyski` stadionu


İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Xordi Alba, Buskets, Xavi Alonso, Xavi, İniyesta (Mata, 87), D.Silva (Pedro, 59), Fabreqas (Torres, 75)
İtaliya: Buffon, Abate, Bonuççi, Barzaqli, Çiellini (Balzaretti, 21), Markisio, Pirlo, De Rossi, Montolivo (Motta, 57), Kassano (Di Natale, 46), Balotelli


Qeyd edək ki, matçın 57-ci dəqiqəsində İtaliyanın son dəyişikliyi olaraq oyuna çıxan Tiaqo Motta az sonra zədələnərək meydanı tərk edib. Belədə İtaliya millisi oyunu bir nəfər azlıqda davam etdirməli olub. 
 ispanlar ardıcıl olaraq Avropa çempionu (2008), dünya birincisi (2010) və yenidən qitənin baş mükafatına sahib çıxan (2012) ilk komanda olub. İtaliya millisi isə final matçını azlıqda keçirməsi ilə tarixə keçib.
Belə ki, matçın 57-ci dəqiqəsində meydana çıxan Tiaqo Motta az sonra zədələnərək görüşü davam etdirə bilməyib. Motta İtaliya millisinin sonuncu dəyişikliyi olduğundan komanda oyunu 10 nəfərlə davam etdirmək məcburiyyətində qalıb ki, bu da Avropa çempionatında bir ilk olub.
"Avro-2012"də İspaniya millisinin heyətində debüt matçına çıxan Xuan Matanın 1 dəqiqə sonra fərqlənməsi də turnirə damğasını vurub. İspaniya millisinin hücumçusu Fernando Torres isə hər iki finalda fərqlənən futbolçu kimi adını tarixə yazdırıb. Bununla belə, meydana sonradan daxil olan hər iki futbolçunun rəqib qapısına yol tapması da Avropa çempionatları tarixi üçün bir yenilik olub.
"Avro-2012"də ən çox maraq doğuran rekordlardan biri isə turnirin bombardirinin kimliyi ilə bağlıdır. Belə ki, turnirdə 6 yığmanın 6 futbolçusu 3 dəfə fərqlənsə də, aşkar bombardir bəlli olmayıb. Maraq üçün xatırladaq ki, Alan Zaqoyev (Rusiya), Mario Qomez (Almaniya), Mario Mandzukiç (Xorvatiya), Kriştiano Ronaldo (Portuqaliya), Mario Balotelli (İtaliya) və Fernando Torres (İspaniya) hərəyə 3 dəfə fərqlənməklə şərik bombardirlər kimi Avropa çempionatının tarixinə düşüblər.


 

Paylaş

// pop up