İsveçdə son oyun
18 İyl 2025
İsveçdə son oyun
17 yaşadək futbolçulardan ibarət komandamız “Gothia Puma Trophy”də növbəti oyununu keçirib. “Qarabağ” B pley-offunda 1/4 final matçına çıxıb.
Komandamız İsveçdə təşkil olunan yarışda “Brommapoyrkarna” (İsveç) ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Komandamız bu oyunla turnirdə mübarizəni başa vurub.
Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan komandamız ardınca “Sportinq Laqos”la heç-heçə edib (0:0), yerli “Höteborq”la dueldən xalsız ayrılıb – 0:2.
