Kadi Borgesin zədəsi ilə bağlı məlumat
6 Noy 2025
Kadi Borgesin zədəsi ilə bağlı məlumat
“Çelsi” ilə oyunda zədələnən yarımmüdafiəçimiz Kadi Borges oyundan dərhal sonra klubumuzun tərəfdaşı olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
