“Karvan” “İntertoto” kubokundan imtina edə bilər (çempion, 27.05.2005)

single-news
27 May 2005

“Karvan” “İntertoto” kubokundan imtina edə bilər (çempion, 27.05.2005)



Bu mövsüm ölkə çempionatında debüt etməsinə baxmayaraq, birinciliyin gümüş medallarına yiyələnən “Karvan” bu nəticə ilə çoxlarını təəccübləndirdi. “İntertoto” kubokuna vəsiqə əldə edən “Karvan”ın bu yarışda iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib. Yəni ola bilsin ki, klub “İntertoto” kubokunda oynamaqdan imtina etsin. Bu barədə bizə klubun baş məşqçisi Yunis Hüseynov məlumat verdi: “Bu barədə hələ dəqiq heç nə deyə bilmərəm. Rəhbərliklə məsləhətləşib son qərarı verəcəyik. “İntertoto” kubokunda iştirak etsək, hazırlığımız pozula bilər. Ona görə də hər şeyi ölçüb biçməliyik”. Yunis bəy hazırlıq planı barədə onu bildirdi ki, əgər komanda bu yarışda iştirak etməsə, futbolçular iyunun 15-də toplanacaq. əks halda hazırlıq daha tez başlanacaq. Yevlaxlıların dəvət etmək istədiyi, həmçinin klubu tərk edəcək futbolçuların siyahısı iyunun 5-nə qədər məlum olacaq.

Paylaş