"Keşlə" - "Qarabağ" oyununa doğru
24 Sen 2021
"Keşlə" - "Qarabağ" oyununa doğru
"Qarabağ" Azərbaycan Premyer Liqasının 5-ci turunda "Keşlə"nin qonağı olacaq.
Bu, komandaların çempionatda 67-ci qarşılaşması olacaq. Komandamız 31 dəfə rəqibi məğlub edib. 22 matçda heç-heçə qeydə alınıb, 13 oyunda isə rəqib qalib gəlib. Top-fərqində də komandamız üstündür - 85-42.
Sentyabrın 25-də keçiriləcək "Keşlə" - "Qarabağ" matçı saat 17:00-da baş tutacaq.