Kevin Medina: "Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm"

12 May 2022
Kevin Medina: "Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm"
Bu gün "Qarabağ"ımızla müqavilə yeniləyən Kevin Medina klubun rəsmi saytına açıqlama verib.
Kolumbiyalı müdafiəçi yeni müqavilə bağlaması barədə danışıb:
"Qarabağ"a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub. Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm".