KİV-in diqqətinə!

single-news
13 Sen 2021

KİV-in diqqətinə!



KİV nümayəndələrinin nəzərinə!

 

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyunu üçün mətbuat konfranslarında iştirak etmək üçün qeydiyyatdan keçmək istəyən jurnalistlər press@qarabagh.com ünvanına müraciət edə bilərlər.

 

Müraciət edən jurnalistlərin “Qarabağ” FK-nın Konfrans Liqasının oyunları üçün mövsümlük akkreditasiya vərəqəsi və Peşəkar Futbol Liqasının 2021/22 mövsümünə nəzərdə tutulmuş akkreditasiyası olmalıdır.

 

Müraciətinizdə ad-soyad və çalışdığınız yeri qeyd edin. Müraciətiniz press@qarabagh.com ünvanından gələcək cavab məktubundan sonra təsdiqlənəcək.

 

Diqqətinizə çatdırırıq:

 

- COVİD-19 pandemiyası ilə əlaqədar UEFA-nın qaydalarına əsasən, mətbuat konfransında say məhdudiyyəti olacaq;

- Hər KİV-dən yalnız 1 nəfər mətbuat konfranslarında iştirak etmək üçün qeydiyyatdan keçə bilər;

- Say məhdudiyyəti nəzərə alınaraq, qeydiyyatdan daha erkən keçmiş KİV nümayəndələrinə üstünlük veriləcək.

Paylaş