KİV-in diqqətinə!

single-news
4 Fev 2023

KİV-in diqqətinə!



UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Gent” (Belçika) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:

 

Qeydiyyatdan keçmək istəyənlər fevralın 10-u saat 18:00-a qədər ad-soyad, çalışdığı mətbu (TV) orqanın adı və 2022/2023 mövsümü üçün nəzərdə tutulmuş PFL akkreditasiyasının surətini press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;

 

Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.

 

Diqqət! Hər sayt və qəzet 1, televiziyadan isə 2 əməkdaş (1 müxbir, 1 operator) akkreditasiya üçün müraciət edə bilər. Xahiş edirik, nəzərə alasınız.

 

Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

 

Təsdiq cavabı gəldikdən sonra qeydiyyatdan keçmiş sayılırsınız.

Paylaş