Klubsuzlar "Şəfa"da məşq edir (FUTBOL+, 05.07.2005)

single-news
5 İyl 2005

Klubsuzlar "Şəfa"da məşq edir (FUTBOL+, 05.07.2005)



2004/05 mövsümünü daha çox ehtiyat oyunçular skamyasında keçirməklə yadda qalan Namiq Həsənovun "Qarabağ"ın hazırkı durumunda komandada qalacağı inandırıcı görünmürdü. Hələ bir il şərəfini qorumalı olduğu klubun yeni mövsümlə bağlı tərəddüd içində olması müdafiəçini qane edə bilməzdi. Yeni - iddialı kluba keçmək həvəsində olan Namiq həm də "11-liy"ində yer ala biləcəyi komandada oynamaq istərdi. O bütün məsələlərin tezliklə həll olunacağını düşünür: "Üç günə harada oynayacağıma aydınlıq gəlməlidi. Yəqin ki, keçidimə "Qarabağ" heç bir əngəl törətməyəcək. Artıq sabah (söhbət dünən olub - V.) Bakıya dönən Əmrah Çəlikəllə söhbət edib komandada qalmaq perspektivimi müzakirə edəcəyik". Aldığı təklifləri açıqlamağı lazım bilməyən Həsənov hələlik "Neftçi"nin köhnə bazasında fərdi məşqlər etməklə yanaşı, "Şəfa"da bir araya gələn klubsuz futbolçularla top qovmağa da vaxt tapır.

Paylaş