Komandamız məşqləri bərpa edib
17 Mar 2021
Komandamız məşqləri bərpa edib
Komandamız 3 günlük fasilədən sonra məşqləri bərpa edib.
Hazırlıqda 8 futbolçumuz iştirak edib. Məşq prosesində milli komandalara dəvət almış oyunçular qatılmayıb.
Kabo-Verde millisinə dəvət alan Patrik Andrade bugünkü məşqin iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi öz ölkəsinin millisinə qoşulmaq üçün sabah yola düşəcək.
