Komandamızdan səfər qələbəsi

single-news
5 Avq 2025

Komandamızdan səfər qələbəsi



“Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” – 0:1

Toral Bayramov, 18 (pen.)

 

“Qarabağ” Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxıb. Komandamız Şimali Makedoniyanın “Şkendiya” kollektivinin qonağı olub.

 

Baş məşqçimiz Qurban Qurbanov Skopyedə baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

 

Səfər matçına üstün başlayan komandamız ilk dəqiqələrdən hücum futbolu ilə diqqət çəkib. Ardıcıl həmlələr 18-ci dəqiqədə öz bəhrəsini verib. Leandro Andradenin qazandırdığı penaltini Toral Bayramov dəqiq yerinə yetirib. Hesab açıldıqdan sonra azarkeşlər qarşılıqlı hücumlar şəraitində keçən oyuna tamaşa ediblər.

 

Futbolçularımız birinci hissədə fərqi artırmaq üçün çox sayda real qol şansları yaratsalar da, fasiləyə qədər hesab dəyişməyib. Həmçinin Mateuş Koxalski də qapıda etibarlı oyunu sayəsində bir neçə epizodda rəqibin qol vurmasına mane olub.

 

İkinci hissədə də hər iki komanda açıq futbol nümayiş etdirərək, qol axtarışında olub. Qapılar qarşısında təhlükəli vəziyyətlər yaransa da, qarşılaşmada hesab dəyişməyib. Beləliklə, komandamız səfərdə 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin “Şkenderbeu” ilə cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Paylaş

// pop up