Komandamızın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi
17 İyl 2025
Komandamızın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi
Komandamızın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub. Azərbaycan çempionu 2025-2026-cı illər mövsümünə “Şelburn”la oyunlarla başlayacaq.
İrlandiya təmsilçisi turnirin ilk təsnifat mərhələsində “Linfild”dən (Şimali İrlandiya) güclü olub. Öz meydanında 1:0 hesabı ilə qalib gələn "Şelburn" səfərdə heç-heçəyə nail olub - 1:1.
Komandamızın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyun iyulun 23-də səfərdə baş tutacaq. Matç yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 22:45-də) başlayacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması iyulun 30-da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
