Komandamızın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşəcək
Komandamızın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşəcək
Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri bu gün bəlli olacaq. Monakoda keçiriləcək püşkatmada “Qarabağ”ın qarşılaşacağı 8 komanda bəlli olacaq.
Püşkdən əvvəl 36 klub 4 səbətə bölünüb. Komandamız hər səbətdən bir komanda ilə evdə, biri ilə səfərdə qarşılaşacaq.
Azərbaycan çempionu IV səbətdə yer alıb. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
I səbət: PSJ (Fransa), “Real” (Madrid, İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)
II səbət: “Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Brügge” (Belçika)
III səbət: “Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Marsel” (Fransa)
IV səbət: “Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “Qarabağ” (Azərbaycan), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan)
Qeyd edək ki, ilk turun oyunları sentyabrın 16-17-də keçiriləcək.
