Komandamızın “İmişli” ilə oyunlarının yeri dəyişdirildi
Komandamızın “İmişli” ilə oyunlarının yeri dəyişdirildi
Komandamızın Misli Premyer Liqasında “İmişli”yə qarşı keçirəcəyi növbəti oyunların yeri dəyişdirilib. X turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə XX turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilib.
Bu barədə qərarı Peşəkar Futbol Liqası verib. Klubumuzun Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə etdiyi müraciəti, “İmişli” klubunun razılığını nəzərə alan qurum Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq belə addım atıb.
Belə ki, 10-cu turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.
