Komandamızın rəqibləri müəyyənləşdi
28 Avq 2025
Komandamızın rəqibləri müəyyənləşdi
Komandamızın Çempionlar Liqasındakı rəqibləri bəlli olub. Bu, turnirin Liqa mərhələsinin bugünkü püşkatmasından sonra dəqiqləşib.
Tədbirdə komandamızın qarşılaşacağı 8 rəqib müəyyənləşib. Qurban Qurbanovun yetirmələri sentyabrda başlayacaq mərhələdə dörd komanda ilə evdə, dördü ilə səfərdə görüşəcək.
Ev oyunları: “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka).
Səfər oyunları: “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya), “Atletik” (İspaniya).
Oyunların təqvimi UEFA tərəfindən qarşıdakı günlərdə müəyyənləşdiriləcək. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yer sahibləri pley-offa adlayacaq.
