LAYİQLİ QƏLƏBƏ: "OLİMPİK" 1 - 2 "QARABAĞ"

single-news
27 Avq 2005

LAYİQLİ QƏLƏBƏ: "OLİMPİK" 1 - 2 "QARABAĞ"



"OLİMPİK" - 12. H.Məhəmmədov, 3. Ç. N.Usim, 2. X.Mustafayev, 85. T.Vişeviç, 6.V.Quliyev (55. A.Nağıyev, 66), 8.M.Mitroviç, 11.Ş Mustafayev(9.S.Sadixov, 59), 16.T.Rzayev, 17.E.Qəmbərov, 18.V.Rzayev, 4.R.Babiç. "QARABAĞ" - 1. V.Kovalyov, 3.D.Spirin, 5.B.Bekavaç, 7.M.Engin Özmən, 8.A.Kərimov, 9.S.Musayev (11.A.Voskoboynik, 70), 10.M.Hüseynov, 13.E.Aslanov, 15.M.Orucov (20.A.Cabbarov, 46), 18.R.Musayev (91.D.Sokolovski,46), 21.S.Kravçenko. Qollar: 18.V.Rzayev - 45+1 ("Olimpik"), 10.M.Hüseynov-55, 91.D.Sokolovski - 86,("Qarabağ"). Sarı vərəqələr: R.Babiç-12 dəq,T.Rzayev -35,E.Qəmbərov- 67, X.Mustafayev-90 dəq. ("Olimpik"). M.Orucov - 38 dəq, B.Bekavaç-45, D.Spirin -57, A.Kərimov -63. Matç gözlənildiyi kimi komandamızın hücumları ilə başlandı. 3-cü dəqiqədə Mübariz Orucovun ötürməsinindən sonra Aslan Kərimovun zərbəsi qapıdan azacıq aralı keçdi. 8-ci dəqiqədə Kravçenkonun ötürməsinə Samir son anda çata bilmədi. 10-cu dəqiqədə Kravçenkonun zərbəsini qapıçı dəf edə bilsədə, topu ələ keçirən Ruslanın zərbəsi isə alınmadı. 13-cü dəqiqədə Kravçenkonun cərimə zərbəsini Hüseyn Məhəmmədov qaytara bildi. Bunun qarşılığında rəqib isə ilk təhlükəli vəziyyəti 23-cü dəqiqədə yarada bilərdi. Lakin yandan ötürməyə Eltay Aslanov daha tez çataraq təhlükəni aradan qaldırdı. Bundan sonra da, Samir, Müşfiq, Aslan ard-arda təhlükəli vəziyyətlər yaratsa da, son zərbə amili özünü göstərirdi. Rəqib isə özünün nadir hücumlarından birini cərimə ilə yekunlaşdırdı. Yandan asmadan sonra top müdafiəçi Bekavaçın əlinə dəydi və hakim 11 metrlik cərimə zərbəsi təyin etdi. "Olimpik"in güclülər dəstəsində ilk qolunun müəllifi Vidadi Rzayev oldu. İkinci hissədə meydana Azər Cabbarov və Denis Sokolovski çıxdı ki, məhz bu dəyişikliklər oyunun müqəddəratını həll etdi. 55-ci dəqiqədə Denis Sokolovskidən gözəl ötürmə alan Müşviq Hüseynov mükəmməl zərbə ilə hesabı bərabərləşdirdi. Bundan sonra meydanda Aslan - Denis - Sergey üçlüyü istədiyi oyunu göstərməyə başladı. 65-ci dəqiqədə Sergey Kravçenkodan ötürmə alan Sokolovskinin iti bucaqdan zərbəsi dəqiq alınmadı. 70-ci dəqiqədə Azər Cabbarova Elşən Qənbərov tərəfindən etdilən kobudluğa isə hakim göz yumdu. Halbuki bir sarı vərəqəsi olan Elşənə bu epizodda kart göstərmək qırmızı vərəqə ilə nəticələnəcəkdi. 77 dəqiqədə Bekavaçın ötürməsindən sonra Müşviqin zərbəsini H.Məhəmmədov tuta bildi. 80-ci dəqiqədə Sokolovskinin fərdi ustalığı nəticəsində etdiyi drimlinqi sonda Müşviqlə anlaşılmazlıq nəticəsində yarımçıq qaldı. Əks hücumda isə Vidadi Rzayevin 17-18 metrlik məsafədən mükəmməl zərbəsini bütün oyunu yüksək səviyyədə keçirmiş qapıçımız Vitaliy Kovalyov müdhiş tullanışla qaytara bildi. 86-ci dəqiqədə isə Azər Cabbarov və Voskoboynikin cərimə meydançasındakı gözəl oyunu sonuncuya qarşı cərimə ilə nəticələndi. Matçın ən yaxşısı olan Denis Sokolovski isə rəqibin bu səhvini bağışlamadı: 1:2. Matç bu hesabla da başa çatdı.

Paylaş