Leandro Andrade avrokuboklar tarixində ilkə imza atdı
23 Okt 2025
Leandro Andrade avrokuboklar tarixində ilkə imza atdı
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.
Təcrübəli futbolçu üç fərqli oyunda — “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik Bilbao”ya qarşı matçlarda — hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.
Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.
-
Dekabr 2023 – “Qarabağ” vs “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi
-
Yanvar 2025 – “Qarabağ” vs FKSB – UEFA Avropa Liqasının Liqa mərhələsi
-
Oktyabr 2025 – “Qarabağ” vs “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi
