“Liverpul” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

single-news
26 Yan 2026

“Liverpul” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda “Liverpul”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Yanvarın 28-də Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq görüşə Slovakiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
 
Qarşılaşmanı İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Peter Kraloviç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri niderlandlı Pol van Boekel və belçikalı Yan Boterberq olacaqlar.

 

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VIII tur
28 yanvar

 
00:00. “Liverpul” - “Qarabağ”
Baş hakim:
İvan Krujlyak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
(Hamısı Slovakiya)
VAR: Pol van Boekel (Niderland)
AVAR: Yan Boterberq (Belçika)
Liverpul. “Enfld Roud” stadionu

Paylaş

// pop up