Liverpulda 6 qollu oyun

single-news
29 Yan 2026

Liverpulda 6 qollu oyun



“Liverpul” (İngiltərə) – “Qarabağ” – 6:0

Aleksis Makallister, 15, 61; Florian Virts, 21; Məhəmməd Salah, 50; Uqo Ekitike, 57; Federiko Kyeza, 90

 

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində son oyununu keçirib. Komandamız İngiltərənin “Liverpul” kollektivinin qonağı olub.

 

Baş məşqçimiz Qurban Qurbanov Liverpulda baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamilo Duran.

 

“Enfild Roud” stadionundakı qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Nəticədə görüş “Liverpul”un 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” turnirin pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Bu raundun püşkatma mərasimi yanvarın 30-da, oyunları isə 17-18 fevral və 24-25 fevral tarixlərində keçiriləcək.

Paylaş

// pop up