Macarıstana səfər planımız

single-news
7 Avq 2022

Macarıstana səfər planımız



UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Ferentsvaroş" ilə qarşılaşacaq "Qarabağ" FK sabah - avqustun 8-i Macarıstana yollanacaq.

 

Komandamızı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Ferentsvaroş" stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

 

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 9-da Bakı vaxtı ilə 22:00-da baş tutacaq. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.

Paylaş