Marko Yankoviçin durumuna aydınlıq gəlib

single-news
20 Fev 2023

Marko Yankoviçin durumuna aydınlıq gəlib



UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş futbolçumuz Marko Yankoviç həkim müayinəsindən keçib.

 

Müayinənin nəticəsinə görə, oyunçumuzun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

 

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.

Paylaş