Media nümayəndələrinin diqqətinə!
Media nümayəndələrinin diqqətinə!
Komandamızın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin "Nyukasl" klubuna qarşı keçirəcəyi ev oyunu üçün media akkreditasiyası qeydiyyatı elan olunur.
Fevralın 17/18-də keçiriləcək qarşılaşma üçün akkreditasiya əldə etmək istəyən media nümayəndələri fevralın 6-dək, saat 18:00-a qədər paylaşılacaq link vasitəsilə qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.
Akkreditasiya yalnız mətbuat nümayəndələri və peşəkar fotoqraflar üçün nəzərdə tutulur. Müraciət edən şəxslərin 2025/2026 mövsümü üzrə Peşəkar Futbol Liqası tərəfindən verilmiş etibarlı vəsiqəyə malik olmaları mütləqdir.
Qeyd edək ki, hər media qurumundan yalnız bir jurnalist və bir fotoqrafa akkreditasiya veriləcək. Eyni media qurumundan daxil olan digər müraciətlər qeydə alınmayacaq.
Həmçinin, akkreditasiya üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra daxil olan müraciətlər qəbul edilməyəcək. Stadionda media nümayəndələri üçün ayrılmış yerlərin sayı məhdud olduğundan, akkreditasiyalar mövcud yer sayı nəzərə alınmaqla təsdiqlənəcək.
