Məlumat

single-news
24 İyl 2022

Məlumat



UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Sürix" ilə qarşılaşacaq "Qarabağ" FK sabah - iyulun 25-i İsveçrəyə yollanacaq.

 

Komandamızı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

 

Qeyd edək ki, "Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda komandamız 3:2 hesabı ilə qalib gəlib.

Paylaş