MƏLUMAT

single-news
24 Okt 2023

MƏLUMAT



UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Bayer” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür. Komandamız saat 19:00-da çarter reysi ilə Almaniyaya yollanacaq. “Qarabağ” “Althoff Grandhotel Schloss Bensberg” otelində məskunlaşacaq.

Baş məşqçimiz Qurban Qurbanov və müdafiəçimiz Kevin Medinanın iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 25-i Bakı vaxtı ilə 20:40-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşqimiz isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “BayArena” stadionunda baş tutacaq.

Qeyd edək ki, oktyabrın 26-da “BayArena” stadionunda keçiriləcək “Bayer” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Paylaş