MƏQSƏD YAQUBƏLİYEV: "SƏVİYYƏ FƏRQİ ÖZ SÖZÜNÜ DEDİ!"

single-news
14 Noy 2005

MƏQSƏD YAQUBƏLİYEV: "SƏVİYYƏ FƏRQİ ÖZ SÖZÜNÜ DEDİ!"



"Qarabağ" - "Göyəzən" matçından sonra Mətbuat Konfransı təşkil olundu. İlk öncə qonaq komandanın baş məşqçisi Məqsəd Yaqubəliyev öz fikirlərini bildirdi: "Hər iki komanda hücum futbolu sərgilədi ki, buna da çox sevinirəm. İlk hissənin sonlarında qol buraxmağımız komandama pis təsir etdi. İkinci hissədə isə səviyyə fərqi özünü biruzə verdi. ikinci qoldan sonra komandam bacardığını ortaya qoysa da, gücü yalnız bir qol vurmağa çatdı. Lakin rəqib də bizi bir neçə epizodda "bağışladı". "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm." Elxan Abdullayev: "Komandam hələ də öz sabit oyununu tapmayıb ki, bu da məni narahat edir. Bu gün nəticədən razı qalsam da, meydana yenə də sabit heyət buraxa bilməmişdim.Heyətdə güclü futbolçularım olsa da, bəzi xətlərdə boşluqlar komanda oyunu göstərməyə mane olur. Biz birinci dövrədə maksimum xal toplayaraq, dövrələrarası fasilədə heyətə "əl gəzdirmək" fikrimiz var. Məhz bundan sonra əsl "Qarabağ"ı və ondan izləmək istədiyiniz gözəl futbolu görəcəksiniz."

Paylaş