Mərkəzi arenada 1 qol
Mərkəzi arenada 1 qol
“Qarabağ” – “Sabah” – 0:1
Abdulax Xaybulaev, 45
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasında 28-ci tur matçına çıxıb.
“Sabah”la görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran
Oyun qarşılıqlı hücumlarla başlayıb. Fasilə ərəfəsində rəqib hesabı açıb. İkinci hissənin əvvəlində isə “Sabah”ın oyunçusu qırmızı vərəqə alıb. Komandamız hesabda geri düşsə də, təşəbbüsü tam ələ alaraq, ardıcıl hücumlar qurub.
“Qarabağ”ın aramsız həmlələrinə baxmayaraq, rəqib sıx müdafiə olunaraq, qapısının toxunulmazlığını sona qədər qoruyub. Nəticədə görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra komandamız 56 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.
Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu aprelin 26-da səfərdə “Neftçi”yə qarşı keçirəcək.
