MƏŞQLƏR İNTENSİVLƏŞİR

single-news
10 Okt 2005

MƏŞQLƏR İNTENSİVLƏŞİR



Son "Xəzər-Lənkəran" matçından sonra bir neçə gün istirahətə buraxılan komanda ayın 7-dən məşqləri bərpa etdi. Üç günlük məşqlərdən sonra bu gündən komanda 5 günlük təlim məşq prosesinə yığışır. Yaranmış fasilədən maksimum yararlanmaq üçün Zaqulbada qalacaq komanda gündə iki dəfə Buzovna stadionunda məşq edəcək. Bu həm komandanın fiziki, texniki və taktiki hazırlığının yüksəlməsi üçündür. Miili Komandamızın Uelslə qarşılaşması səbəbindən Komandanın Baş Məşqçisi Elxan Abdullayev komandaya ayın 13-də qoşulacaq. Bu dövrdə komandaya Səttar Əliyev rəhbərlik edəcək. Bundan başqa futbolçulardan Aslan Kərimov və Cahangir Həsənzadə də komandaya məhz həmin tarixdən qoşulacaq. "Qarabağ"ın ukraynalı legionerləri Sergey Kravçenko və Denis Sokolovski son turdan sonra yaranmış fasilə səbəbindən icazə alaraq öz ölkələrinə getmişlər. Onlar isə sabahdan komandanın düşərgəsində olacaqlar. Xatırladaq ki, "Qarabağ"ın növbəti oyunu oktyabrın 15-də Azərbaycan Kubok oyunları çərçivəsində "Viləş"lə olacaq. Bu komandaların ilk görüşü Cəlilabadda keçirilmiş və 5:0 hesabı ilə komandamızın xeyrinə başa çatmışdır.

Paylaş