Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi
Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Ferensvaroş” (Macarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtları məlum olub.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-də isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Robbi Kinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 20:00-da start götürəcək. Macarıstan təmsilçisinin ölkəmizdə məşqi nəzərdə tutulmayıb.
Media mənsubları akkreditasiyalarını avqustun 26-da saat 10:00-dan 13:00-dək Tofiq Bəhramov adına Respublika stadionundanın mətbuat otağından götürə bilərlər.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.
