Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi!
Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi!
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Ayntraxt Frankfurt" (Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Almaniyada keçiriləcək.
Media mənsubları akkreditasiyalarını yanvarın 20-də saat 10:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından götürə bilərlər.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” görüşü saat 21:45-də başlayacaq.
