"Milli Mətbuat 150" turnirinə yekun vurulub

single-news
19 İyl 2025

"Milli Mətbuat 150" turnirinə yekun vurulub



“Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən “Milli Mətbuat 150” Mini Futbol Turniri başa çatıb.

Həlledici görüşlərdən sonra mükafatçılar müəyyənləşib. Final matçında "J United" üzərində 9:3 hesablı qələbə qazanan "İnternasional" yarışın çempionu olub, qızıl medal və kubok əldə edib. "J United" turnirdə ikinci yeri tutub.

3-cü yer uğrunda oyunda "CanSports" komandası "Media Star"ı (17:5) üstələyərək, bürünc mükafata yiyələnib. 5-ci yer uğrunda qarşılaşmada isə "Galaksi" kollektivi "Futbol+" üzərində qələbə qazanıb - 7:0.

Oyunların ardından mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları “Qarabağ” Futbol Klubunun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev təqdim ediblər. Öncə turnirin ərsəyə gəlməsində dəstək olan tərəfdaşlara xatirə hədiyyələri, turnir iştirakçıları tərəfindən imzalanmış formalar təqdim olunub. Ardınca görüşləri idarə edən hakimlərə diplom və hədiyyələr verilib. 

Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, turnirin ən yaxşı oyunçusu adına layiq görülən "İnternasional" komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub. Ən sərrast oyunçu mükafatı isə "CanSports" komandasının üzvü Etibar Tağıyevə təqdim edilib.

Paylaş

// pop up