Milli Yaponiyaya uduzdu

single-news
23 May 2012

Milli Yaponiyaya uduzdu



Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Berti Foqtsun komandası Şizuoka şəhərində Yaponiya yığması ilə qarşılaşıb.
Doğma azarkeşləri önündə oynayacaq Yaponiya millisi görüşün əsas favoriti hesab olunurdu. Millimiz isə güclü rəqibi ilə görüşdə sərfəli nəticə qazanmağa çalışacaqdı. Lakin hər hissədə bir dəfə fərqlənən yaponlar görüşdən qalib ayrılıb - 2:0.
Qeyd edək ki, Yaponiyadan Almaniyaya təlim-məşq toplanışına yollanacaq millimiz mayın 30-da Andorra yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
23 may
Yoldaşlıq görüşü
15:15. Yaponiya - Azərbaycan - 2:0
Qollar: Şinci Kaqava, 42 (1:0), Aqil Nəbiyev, 58-avtoqol (2:0)
Azərbaycan: 1. Kamran Ağayev, 3. Aqil Nəbiyev, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Cihan Özkara, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 27. Əli Gökdəmir

Paylaş

// pop up