"MKT-Araz" Kovalyovla maraqlanır (FUTBOL+,28.06.2005)

single-news
28 İyn 2005

"MKT-Araz" Kovalyovla maraqlanır (FUTBOL+,28.06.2005)



"MKT-Araz" İqor Nakoneçnının rəhbərliyi altında ilk oyununu ötən şənbə keçirib. İmişlilər Sumqayıtın birinci dəstədəki təmsilçisi "Gənclik-95"-i 3:0 hesabıyla yenib. Qollara Fabio Luis Ramim, Zeynal Zeynalov və Xalid Muradov imza atıb. Xatırladaq ki, sonuncu ötən mövsümün ikinci yarısını icarə əsasında "Karat"da keçirib. İcarə müqaviləsi başa çataraq geri qayıdan Xalidi "MKT-Araz" saxlamaq fikrindədi. Nakoneçnı həmçinin 1987-88-ci il təvəllüdlülərdən ibarət komandadan 3 yeniyetmə oyunçunu cəlb edib. Legionerlərdən Əli Əbu-Bəkirlə Artyom Bezrodnının qayıdışı hələ də yubanır. Yeni legionerlərin yolunu gözləyən İmişli klubu ukraynalı müdafiəçi Dmitri Parxomenkonun keçidini yaxın günlərdə rəsmiləşdirəcək. Qapıçı axtarışında olan "MKT-Araz" "Qarabağ"ın qolkiperi Vitali Kovalyovla da maraqlanır. Komanda növbəti yoxlama oyununu ayın 30-da keçirməyi planlaşdırır. İmişlilər "İnşaatçı" stadionunda bu dəfə Sumqayıtın elita təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşmaq fikrindədi.

Paylaş