“Molde” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

single-news
28 Noy 2023

“Molde” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi



UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Molde” (Norveç) - “Qarabağ” oyununun təyinatları açıqlanıb. Noyabrın 30-da “Molde” stadionunda baş tutacaq matça Belçikadan olan ədalət təmsilçiləri təyinat alıb. 

 

Qarşılaşmanı Erik Lambrexts idarə edəcək. Co de Veyrdt və Kevin Monteni görüşün baş hakiminin köməkçiləri olacaqlar. Natan Verboomen dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda keçiriləcək “Molde” - “Qarabağ” görüşü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.
 
UEFA Avropa Liqası
V tur
30 noyabr
00:00. “Molde” - “Qarabağ”
Baş hakim: Erik Lambrexts
Baş hakimin köməkçiləri: Co de Veyrdt, Kevin Monteni
Dördüncü hakim: Natan Verboomen (hamısı Belçika)
VAR: Benua Millot (Fransa)
AVAR: Yan Boterberq (Belçika)
“Molde” stadionu

Paylaş