Mövsümün son ev oyunu

single-news
14 May 2025

Mövsümün son ev oyunu



Bu həftə Misli Premyer Liqasında XXXV turun matçları keçiriləcək. “Qarabağ” mövsümdə son ev oyununa çıxacaq.

 

Qurban Qurbanovun yetirmələri “Kəpəz”lə üz-üzə gələcək. Mayın 18-dəki qarşılaşma “Azersun Arena”da baş tutacaq.

 

Misli Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olan komandamız bu matçdan sonra mükafatlandırılacaq. "Azersun Arena"da keçiriləcək oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. "Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

 

Qeyd edək ki, 34 görüşdən sonra komandamızın hesabında 83 xal var.

 

Misli Premyer Liqası

XXXV tur

18 may (bazar)

19:00. “Qarabağ” – “Kəpəz”
“Azersun Arena”

 

Paylaş

// pop up