Mövsümün son oyununda qələbə
Mövsümün son oyununda qələbə
“Sumqayıt” – “Qarabağ” – 3:4
Səbuhi Abdullazadə, 53, Rüstəm Əhmədzadə, 76, Emil Mustafayev, 90+3 // Ramil Şeyayev, 3, 64, Emmanuel Addai, 22, Aleksey Kaşuk, 85
Komandamız 2025/26 mövsümündə son oyununu keçirib. Misli Premyer Liqasının XXXIII turunun matçında rəqib “Sumqayıt” olub.
Komandamız səfər görüşünə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub. “Qarabağ” qarşılaşmaya aşağıdakı start heyəti ilə çıxıb: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 80. Bəhruz Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 82. Məhəmməd İmaməliyev, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Matç ilk dəqiqələrdən meydana çıxan gənc futbolçularımız Bəhruz Qurbanlı və Məhəmməd İmaməliyevin əsas komandada debütü ilə əlamətdar olub. Görüşə fəal başlayan “Qarabağ” Ramil Şeydayevin erkən qolu ilə hesabı açıb.
İlk yarının ortalarında komandamız fərqi artırıb. Emmanuel Addai qol sevinci yaşayıb.
İkinci yarının əvvəlində meydan sahibləri fərqi azaltsa da, Ramil Şeydayev dublunu rəsmiləşdirməklə komandamızın 3-cü qolunu vurub. Rəqib daha bir dəfə fərqlənsə də, “Qarabağ” fərqi yenidən artırıb. Aleksey Kaşuk komandanın 4-cü qolunun müəllifi olub.
Uzatma dəqiqələrində meydan sahibləri daha bir qol vursa da, “Qarabağ” səfərdən 4:3 hesablı qələbə ilə ayrılıb. Mövsümü ikinci yerdə başa vuran komandamız xallarının sayını 69-a çatdırıb.
Qeyd edək ki, komandamız növbəti oyununu iyulun 9-da keçirəcək. “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçına çıxacaq.
