MUSAYEV YAXŞI ŞƏRAİT YARADAN KLUBDA OYNAMAQ İSTƏYİR (FUTBOL+, 28.07.2005)

single-news
28 İyl 2005

MUSAYEV YAXŞI ŞƏRAİT YARADAN KLUBDA OYNAMAQ İSTƏYİR (FUTBOL+, 28.07.2005)



Toplanış üçün Qaxı seçən "Qarabağ" növbəti milli çempionata hazırlığı davam edir. Baş məşqçi Elxan Abdullayev heyətdəki futbolçuların fiziki gücünü artırmaq üçün sərəncamında olan 10 gündən maksimum istifadə etmək fikrindədir. Görünür, çalışdırıcı həm də bu hazırlıq mərhələsində komandanı mümkün qədər komplektləşdirməyi düşünür. Hazırda Elxan bəy eyni zamanda düşərdədəki xorvat müdafiəçiləri sınayır: "Onların səviyyəsi ilk baxışdan qənaətbəxş təsir bağışlayır. Amma hələ qərar verməmişəm. Əcnəbilərə oyunda da baxmaq istərdim. Heyif ki, hazırlaşdığımız regionda gücümüzü sınamağa rəqib tapmaq çətindir. Bəlkə, şənbə günü "Avtomobilçi" adlanan yerli komandayla oynadıq. Hər halda, xorvatların taleyinə toplanışdan sonra aydınlıq gələcək." Qeyd edək ki, rəhbərlik Aslan Kərimovu "Karvan" yolundan qaytardıqdan sonra "Turan"la əməkdaşlıqda maraqlı olan Samir Musayevi də toplanışa cəlb edib. Artıq iki gündür Samir ağdamlıların məşqlərinə qatılır. Görəsən, hücumçu vəziyyətin belə alınmasından razıdırmı? "Hələ "Qarabağ"da qalacağımı dəqiq deyə bilmərəm. Klubla müqaviləm olduğundan məşqlərdə iştirak edirəm. Hələ ki rəhbərlilə görüşməmişəm. Yəqin ki, hansı klub yaxşı şərait yaratsa, orda oynayacam".

Paylaş