“Napoli” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
“Napoli” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli”yə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Noyabrın 25-də Neapoldakı “Dieqo Armando Maradona” stadionunda baş tutacaq görüşə Polşa, Niderland və Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı polşalı Şimon Marçiniak idarə edəcək. Həmyerliləri Tomaş Listkeviç və Adam Kupsik oyunun baş hakiminin köməkçiləri olacaqlar. Voyçex Miç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri niderlandlı Pol van Boekel və xorvatiyalı İvan Bebek olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
25 noyabr
00:00. “Napoli” - “Qarabağ”
Baş hakim: Şimon Marçiniak
Baş hakimin köməkçiləri: Tomaş Listkeviç, Adam Kupsik
Dördüncü hakim: Voyçex Miç
(Hamısı Polşa)
VAR: Pol van Boekel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Neapol, “Dieqo Armando Maradona” stadionu
